22 Aprel 2016 14:11
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. 2007-ci ildən Səhiyyə Nazirliyi bu tədbirə qoşulub.

Teleqraf.com-un məlumatına görə, 2016-cı ildə də bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.

Əmrdə 2016-cı ilin aprel ayının 25-30 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi, Respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır.

Eyni zamanda, “İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların 20 may 2016-cı il tarixədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasında qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunmuş konfransın keçirilməsi , “İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların 27 may 2016-cı il tarixinədək Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqları verilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər