Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir.
Teleqraf.com xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (İKGF) verilən xəbərə görə, dünən sözügedən Qlobal Forum çərçivəsində Bakı Konqres Mərkəzində İKGF-nin təşkilatçılığı ilə “İdeyalar Marketi” adlı tədbir çərçivəsində daha öncə keçirilmiş “Photo4Tolerance” beynəlxalq layihəsinin təqdimat sərgisi keçirilib.
2014-cü ildən etibarən İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalararası Alyansının imzaladığı “Fəaliyyət Planı”na uyğun birgə əməkdaşlıq ilə keçirilən “Photo4Tolerance” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünyа dinlərin humanist ideyalarını özündə əks etdirən 1000-ə yaxın fotorəsm göndərib. Bu rəsmlərin ən yaxşıları ötən illərdə bir neçə dəfə keçirilib “Photo4Tolerance” və “Photo4Tolerance+” (plyus) sərgiləri çərçivəsində mükafatlandırılıb, müsabiqə davamlı xarakter alıb.
Bu layihənin əsas məqsədi dünyada tolerantlıq və multkulturalizm ideyalarının yayılması və təbliğ edilməsi olub. Bakıda keçirilən fotosərgi bir sıra yerli və xarici iştirakçıların diqqətini çəkib, nümayiş etdirilən şəkillər müzakirələrə səbəb olub.
Nemət