Bu gecə Azərbaycan ordusunun dəqiq zərbələri nəticəsində cəbhənin Tərtər istiqamətində düşmənə ağır zərbə vurulub.
Düşmənin bir neçə istehkamı dağıdılıb, canlı qüvvələri arasında itkilər var. Erməni sosial şəbəkələrində yazılanlardan məlum olur ki, əhali arasında qorxu və vahimə hökm sürür.
Təmas xəttindən 30-40 km uzaqlıqda belə bütün ermənilər köçüb. Ağdərə, Martuni və digər yaşayaış məntəqələrində heç kim qalmayıb. Hazırda Xankəndində olan bütün otellər dolub. Bu gün erməni əsgər analarının yenidən aksiya keçirəcəyi planlaşdırılıb.
Erməni əsgərlərdən birinin sosial şəbəkədə yazdığına görə isə doyüşdən qaçmağa cəhd göstərən erməni əsgərlərinin bir neçəsi güllələnib, qalanları isə həbs olunub.
BAKU.WS