2 May 2016 10:47
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanının nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, nəticələr qurumun saytında yerləşdirilib və SOCAR-a təqdim olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1570 namizəddən 233 nəfəri imtahana gəlməyib. Ən yüksək nəticə toplanılması mümkün olan 40 baldan 39 bal olub.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

İlhamə


Müəllif: