2 May 2016 18:07
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında vətəndaşları qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı məsələlərə baxılacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər