4 May 2016 12:03
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik şairin dəfninin harada olacağı ilə bağlı Prezident Adminstarsiyasından xəbər gözləyirik. Eləcə də vida mərasimin olub-olmaması da yuxarı instasiyaların qərarından asılıdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza xalq şairi Söhrab Tahirin dəfni ilə bağlı sualımıza cavabda deyib.

Xəyal Rzanın sözlərinə görə, artıq bəzi yazıçılar xalq şairinin evindədirlər: “Güman edirik ki, şairin dəfni sabah olacaq. Vida mərasimi ilə bağlı isə bir söz deyə bilmərəm. Bu barədə qərar verilməyib”.

Mayın 4-də səhərə yaxın evində vəfat edən Söhrab Tahir uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illər xəstəliyi şiddətlənən şairin hər iki ayağı amputasiya edilmişdi.

Nərmin


Müəllif:

Oxşar xəbərlər