ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu ayın sonu Azərbaycana səfərə gələcək.
Bu barədə Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
B.Muradova deyib ki, səfər çərçivəsində bir sıra məsələlər üzrə müzakirələr aparılacaq: "Qarşıda ATƏT PA-nın yay sessiyası gəlir. Səfər zamanı, həmçinin yay sessiyasında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".