Baş prokuror Zakir Qaralov vətəndaşlarla növbəti görüş keçirəcək.
Teleqraf.com xəbər verir ki, görüş mayın 20-də saat 11:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Baş prokuror Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarında yaşayan vətəndaşların qəbul edəcək. Vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Hacı Zeynalov