Azərbaycan və Ermənistan prezidentləri ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-Mark Eyronun iştirakı ilə az sonra görüşəcək. virtualaz.org xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Azadlıq" radiosunun rus xidmətinə bildirib.
"Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro prezidentlər İlham Əliyev və Serj Sərkisyanla bir otaqda olacaqlar, danışıqlar aparacaqlar"-Uorlik bildirib. Amerikalı həmsədrin açıqlamasından belə qənaət yaranır ki, Vyanada təkbətək formatda Əliyev-Sərkisyan görüşü olmayacaq.
Nümayəndə heyətlərindən birindəki mənbə isə TASS-a bildirib ki, 3+2 formatında baş tutacaq görüşün yekunu olaraq birgə bəyanatın qəbul edilməsini razılaşdırmaq üçün müzakirələr gedir. Həmin bəyanatda münaqişənin siyasi yolla həllinə dəstək ifadə olunmalıdır. Ermənistan nümayəndə heyəti isə israrla insidentlərin araşdırılması mexanizminin müzakirəyə çıxarılmasına çalışır.
20:49
Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüş keçirir.
Bu barədə TASS agentliyinə nümayəndə heyətlərindən birindəki mənbə xəbər verib.
"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqları öncəsində Mogerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.
/Virtualorg.az/