Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi daha bir məktəb direktoruna töhmət verib.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, idarənin əmrinə əsasən 4 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.
İdarədən bildirilib ki, intizam tənbehlərinin verilməsi İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır.
Nərmin