25 May 2016 18:35
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Kəmaləddin Heydərov mayın 27-də Saatlı şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 16.00-dan vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda yalnız Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Görüşdə yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Saatlı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 26 may 2016-cı il tarixində saat 09.00-da başlayacaq. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər