1 İyun 2016 16:00
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçay sakini Çingiz Mayılovun iddiaları ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəzi kütləvi infromasiya vasitələrində Göyçay rayonu, Potu kəndi ərazisində aparılan qanunsuz tikinti işlərinin FHN-in aidiyyəti qurumları tərəfindən əsassız şəkildə dayandırılması barədə yayılmış həqiqətə uyğun olmayan videogörüntülər yayılıb.

FHN məsələ ilə bildirir ki, çörək sexi kimi qanunsuz olaraq tikintisinə başlanılmış obyektin tikintiyə dair tələb olunan sənədlərinin təqdim olunması ilə əlaqədar sahibkara FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 18 dekabr 2013-cü il tarixli 1584 nömrəli “Göstəriş” təqdim olunub, 25 fevral 2014-cü il tarixində isə “Əmr” verilərək tikinti işləri dayandırılıb.

Sonradan isə fərdi yaşayış evi və təsərrüfat obyekti adı altında inşa olunaraq qanunsuz çörək sexi kimi istismar olunmasına cəhdin qarşısı alınıb.

“Aparılan tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə sahibkara həyətində inşa etdiyi ikimərtəbəli yaşayış evindən əlavə ölçüləri 17.2 x 35.3 x 6.60 m (sahəsi 608 m2) olan birmərtəbəli qeyri-yaşayış obyektinin təhlükəsiz istismarını təmin etmək məqsədi ilə müayinə olunması, layihə sənədlərinin yenidən işlənilməsi, ekspertizadan keçirilməsinə dair rəsmi xərclərlə bağlı ona izahatlar verilib.


Qeyd olunan qanuni tələbləri yerinə yetirmək əvəzinə Göyçay rayon sakini Mayılov Çingiz Sabir oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq adı altında KİV vasitəsilə müxtəlif videogörüntülər yaymaqla öz qanunsuz əməllərinin qanunauyğun olduğunu sübut etməyə çalışır”, - deyə nazirliyin yaydığı məlumatda bildirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər