Azərbaycanın təbii qaz hasilatını illik 40 milyard kubmetrə çatdırmaq imkanı var.
Teleqraf.com xəbər verir ki, bu fikirləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda öz işinə başlayan beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında səsləndirib.
SOCAR-ın prezidenti deyib ki, ötən 10 ildə Azərbaycanın təbii qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 milyard kubmetrə çatdırılıb. SOCAR-ın “Azneft” İstehsalat Birliyi indiyədək 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq.
R.Abdullayev bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə ümumilikdə 41 milyard dollar investisiya yatırılıb. 2024-cü ilədək AÇG-dən 5 milyard barrel neftin hasil olunması nəzərdə tutulur. Bundan başqa, neftvermə əmsalının artırılması ilə 4 milyard barrel əlavə neftin hasil edilməsi planlaşdırılır.