ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçkiqabağı kampaniyasını maliyyələşdirmək üçün pul tapmır. Teleqraf.com xəbər verir ki, onun böhrana düşməsi rəqiblərini sevindirib.
Noyabrdakı seçkilərə 20 həftə qalmış Trampın büdcəsi azalaraq 1,3 milyon dollara enib. İanələr toplamaqda mahir olan demokrat Hillari Klintonun seçki büdcəsi isə 42,5 milyon dollar civarındadır.
Bu arada Donald Tramp bildirib ki, onun mediaya pul ayırmaq niyyəti yoxdur: "Onsuz da mətbuat məni izləyir. Fikirlərimi tvitterdən də çatdıra bilirəm".
Tramp təsiretmə gücünə və xarizmasına güvənir. Onun seçki qərargahında cəmi 70 nəfər çalışır. Hillari Klintoda isə bu say 700-dür. Klinton hələ qərar qəbul etməyən şəhərlər sakinləri arasında təbliğat aparır. Onun hazırda xüsusi diqqət yetirdiyi Ohayo, Pensilvaniya və Florida ştatları seçkilərin nəticələrinə ciddi təsir göstərəcək.
Bəzi ekspetlər bildirirlər ki, Tramp diqqət mərkəzində olmağı daha çox üstün tutur, nəinki seçkilərdə qalib gəlməyi.
Ayxan