“Britaniyanın baş naziri ola biləcək Boris Consonun kökündə türklük var. Bəziləri buna sevinir, bəziləri hesab edir ki, sevinməyə dəyməz. Mən də hesab edirəm ki, sevinməyə dəyməz, amma, onları etnik kökü haqqında necə düşündürmək üzərində baş sındırmağa dəyər. Odur ki, bu məsələ üzərinə beyin hücumu etməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.
O, xatırladıb ki, özü 16 il qürbətdə yaşayıb: “Vətən üçün burun ucunun necə göynəməsini yuxuda da hiss etmiş, yaşamış bir adam kimi hesab edirəm ki, dövlət öz qan qohumlarına onlar vəzifəyə gəlməmiş sahib çıxmalıdır. Məsələn, Azərbaycan uşaq düşərgələri yaratmaq lazımdır. Xaricdə yaşayan yarıazərbaycanlı, yarıtürk uşaqlar heç olmasa, ömründə 1 dəfə orda dövlət hesabına dincəlsə, orda “nənəsinin tumanından tutsa”, milli musiqiyə qulaq assa, rəqs etsə, o xatirələr ömrü boyu onları milli kökünə bağlayacaq. İsraildə “Absorbsiya-Özünəqaytarma, özünəqayıtma, özünəyopdurma” nazirliyi var. Dövlət proqramı var, dövlət siyasəti var. Həmin proqramla nənəsinin nənəsinin nənəsinin nənəsi yəhudi olan cəmi 42 günə öz milli kökünə qayıdır”.
Cavad