“Bağdadda törədilmiş terror aktı bütün müsəlman dünyasını dərindən sarsıdıb. Bu gün dinc və günahsız insanlar terrorun qurbanlarına çevriliblər”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, dəhşətli hadisələr nəticəsində nə qədər uşaq atasız, anasız qalır: “Terror müsəlman dünyasını təhdid etməklə yanaşı, xristian ölkələrini də təhdid edir. Artıq terrora qarşı vahid mübarizə cəbhəsi yaranmalıdır ki, bu kimi qorxunc hadisələrin qarşısı alınsın”.
Səxavət