12 İyul 2016 12:06
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məcliisn deputatı Qənirə Paşayeva Tovuz rayonunda uşaqlar üçün kitab bayramı keçirib.

Teleqraf.com-un məlumatına görə, 150-ə yaxın məktəblinin hər birinə Azərbaycan tarixinə, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı özünün müəllifi olduğu çoxlu sayda kitab və jurnallar hədiyyə edən Qənirə Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Millət vəkili gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də söhbət edibvə sualları cavablandırıb. Deputat uşaqları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir”.

Millət vəkili valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər