"Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı dünya iqtisadiyyatında neqativ tendensiyaları nəzərə almaqla xüsusi diqqət tələb edir".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıda keçirdiyi mətbuat konfrasında deyib:
"Qarşılıqlı əlaqələr bütün sahələrdə inkişaf edir. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı xüsusi diqqət tələb edir. Tezliklə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək və bu məsələlər müzakirə ediləcək".
Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri bu səylərini dəstəkləyir.
Samir