13 İyul 2016 14:53
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ayın 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 27-ci ili tamam olur. Artıq Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu tarixi qeyd edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Müsavat da AXC-nin 27-ci ildönümü qeyd edəcəyini dəqiqləşdirib. Partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirib ki, Müsavat Partiyası iyulun 16-da, saat 11.00-da AXC-nin yaranmasının 27-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda xalq hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək.

Cavad


Müəllif: