3 Avqust 2016 11:17
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun dünən jurnalistlərlə görüşündə Fətullah Gülən şəbəkəsini nəzərdə tutaraq söylədiyi belə bir cümlə diqqətimi çəkdi:

“30 il Türkiyə bayrağı altında xidmət edən adamlar o gecə “mənəvi lider”lərinin təlimatı ilə türk xalqına silah çəkdilər”. Mənə bu cümlənin birinci hissəsi maraqlı gəldi. Həqiqətən, “Türkiyə bayrağı altında xidmət edən həmin adamlar”ın Türkiyənin keçmiş prezidenti Turqut Özaldan tutmuş keçmiş baş nazir Bülənt Ecevitə qədər dostluq etmədikləri siyasətçi qalmamışdı, hamısının xeyir-dualarını almışdılar. Hətta indiki cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan hakimiyyətinin ən azı 9 ilini onlarla dostluq və müttəfiqlik şəraitində keçirdi, qardaş ölkənin səfirləri belə indiki terrorçuların nümayəndələrinin məktəblərinə, universitetlərinə ziyarətlərini özlərinə şərəf saydılar, birgə şəkil çəkdirdilər. Başqa cür olması da çətindir”.

Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, səfirlərin başlarının üstlərindəki liderlər Fətullah Gülənin və onun şəbəkəsinin illlərlə nəvazişini çəkdilərsə, onlar nə etməli idilər?

E.Şahinoğlunun sözlərinə görə, ancaq elə siyasətçilər və səfirlər də tapıldı ki, Ərdoğan Güləni terrorçu elan edib onunla mübarizəyə başladıqda da Gülən şəbəkəsi ilə əlaqələrini kəsmədilər: “Təsadüfi deyil ki, Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ da müsahibəsində Ərdoğanın çevrilişə qədər Gülən və onun şəbəkəsinə qarşı 4 il ərzində tək mübarizə apardığını, hakimiyyətdəki digər fiqurların seyrçi qaldıqlarını vurğuladı. Elə mənim özüm Bakıda bəzi türk diplomat və jurnalistlərlə görüşlərimdə Gülən şəbəkəsinin təhlükəsindən söz açarkən, həmsöhbətlərimin başqa mövzuya keçmələrinin şahidi olmuşam”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər