Sentyabrın 26-na təyin edilmiş referendumda kütləvi informasiya vasitələrində referendumqabağı təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Bu barədə Teleqraf.com-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ödənişsiz efir vaxtı və dərc üçün yerlər ayrılan kütləvi informasiya vasitələri İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, ”Xalq qəzeti” və “Bakinski raboçi” qəzetləridir.
MSK-dan bildirilib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendumqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Səxavət