“Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır. Bunun üçün beynəlxalq hüquq normaları tətbiq edilməlidir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
Bayram Səfərov qeyd edib ki, Ermənistanın mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Onun fikrincə, işğalçı ölkənin addımları beynəlxalq qayda-qanunlara həqarətdir: “Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bununla da onlar status-kvonun qorunub saxlanılmasına çalışırlar. Azərbaycan yalnız Minsk qrupu çərçivəsində deyil, bütün beynəlxalq təşkilatların imkanlarından istifadə edir. Bu da diplomatik müstəvidə dövlətimizin üstünlüyünü artırır”.
Səxavət