12 Avqust 2016 20:37
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT rəhbərliyi dəstək üçün Türkiyəyə gedir-heyətdə Azay Quliyevdə var Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun sədri Kristine Muttonenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində cari ilin 15-18 avqust tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaq.

Səfər iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində yaranmış vəziyyətlə tanış olmaq məqsədi ilə həyata keçirilir. Nümayəndə heyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, Baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşləri nəzərdə tutulub. Qurumun təmsilçiləri həmçinin, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiya rəhbərləri və deputatları ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Daha sonra, Türkiyənin aparıcı mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatları və Türkiyədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşlər keçiriləcək.

Cavad


Müəllif:

Oxşar xəbərlər