16 Avqust 2016 12:33
2 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə, böyük türk xalqı bizim əzəli və əbədi qardaşımızdır. Bütün tarixin ağır sınaqlarında biz bir yerdə olmuşuq. Ulu öndər Heydər Əliyevin dediyi kim biz bir millət, iki dövlətik. Heç bir dövlət Türkiyəni Azərbaycan üçün, Azərbaycanı da Türkiyə üçün əvəz edə bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Türkiyə ilə Azərbaycanın birliyi xalqlarımızın birgə gücü deməkdir. Onun sözlərinə görə, 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd çox üzücü hadisə idi: “Bu hadisələr zamanı Azərbaycan Prezidenti dərhal bəyan etdi ki, biz Türkiyə dövlətinin yanındayıq.

Bu prosesdə də xalqlarımız birlik nümayiş etdirdi. Həmin hadisələrdən sonra mən Türkiyədə oldum və taksi sürücüsündən tutmuş bir sıra məmurlarla, nazirlərlə, alimlərlə söhbət etdim. Əmin oldum ki, böyük türk xalqı bu prosesdə qalib gəldi. Türkiyəni Suriyaya çevirmək istəyirdilər. Bu siyasət okeanın o tayından yürüdülən siyasətdir. Qərb qüdrətli Türkiyəni istəmir, bu dövləti bölməyə çalışır. Amma həmin təxribatı törədən qüvvələr qarşısında böyük Türkiyə dövlətini və xalqını gördülər. Türkiyə bu ağır sınaqdan qələbə ilə çıxdı. Uzun müddət qara qüvvələrin əli Türkiyəyə qarşı uzana bilməyəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər