23 Avqust 2016 13:02
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurasının 7-ci sammiti 2017-ci ildə Azərbaycanda keçiriləcək.

Bu barədə bu gün keçirilən brifinqdə təşkilatın baş katibi Ramil Həsənov bildirib.

Təşkilatın genişləndirilməsi ilə bağlı suala cavab verən R.Həsənov qeyd edib ki, Türkmənistan və Özbəkistan kimi ölkələr təşkilatın üzvü olmasa da, onlar Türk Şurasının tədbirlərində iştirak edir. Onun sözlərinə görə, Şura bu ölkələri təşkilata cəlb etmək niyyətindədir.

"Bundan başqa, Macarıstanı tədbirlərimizə dəvət edirik. Eyni zamanda Rusiya XİN başçısının təşkilatla əlaqələrin daha da dərinləşməsinə maraqla bağlı bəyanatı var", - deyə o bildirib. (“Report”)


Müəllif:

Oxşar xəbərlər