21 Sentyabr 2016 17:53
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinin səbəbi bilindi.

Trend-in məlumatına görə, bu gün mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Azərbaycanın Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib:

“Çünki söhbət Azərbaycan Prezidentinin əlavə səlahiyyət almasından getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir”.

PA rəsmisi qeyd edib ki, vitse-prezidentlərin adı katiblər də ola bilərdi: “Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə heç Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi”.


Müəllif:

Oxşar xəbərlər