21 Sentyabr 2016 20:28
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, C.Şapiro Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib və ABŞ ictimaiyyətində bu barədə məlumatlandırmanın artırılmasının vacibliyini diqqətə çatdırıb.

E.Məmmədyarov isə müxtəlif sivilizasiyaların, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşadığını deyərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayıb. O, Azərbaycan prezidentinin sərəncamı ilə 2016-ci ilin “Multikulturalizm ili” elan edilməsi barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: