26 Sentyabr 2016 10:50
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edəcəklər.

Teleqraf.com-un məlumatıtına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri, məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib ki, Moskvada 17 saylı Yasamal üçünçu seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Səhər saatlarından artıq seçici fəallığı hiss olunur.

Səfirlikdə referendumun keçirilməsi üzrə seçki komissiyası yaradılıb və ümumxalq səsverməsinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər həyata görülüb. Səsvermə Moskva vaxtı ilə saat 8-dən 19-dək davam edəcək.

Rusiya ərazisində Sankt-Peterburqda və Yekaterinburqda da seçki məntəqələri açılıb.

Sankt-Peterburqda 956, Yekaterinburqda isə 200 seçici qeydiyyatdan keçib.


Müəllif:

Oxşar xəbərlər