Konstitusiyaya əlavə dəyişiklikləri nəzərdə tutan referendumla əlaqədar ölkəmizin İranın Təbriz şəhərindəki Baş konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi seçki komissiyasının 41 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir.
Teleqraf.com-un məlumatına görə, hazırda seçki prosesi davam edir.
Referendumda Təbrizdə fəaliyyət göstərən diplomatlarımız, onların ailə üzvləri, bu şəhərdə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.