30 İyun 2014 23:24
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ İnkişaf Agentliyinin (USAİD) nümayəndələri Lari Qarberin və Maykl Henninq ilə görüş keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb.

Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran sahələrdə birgə proqramların həyata keçirilməsinin mümkünlüyünü qeyd edən Azay Quliyev ABŞ İnkişaf Agentliyi ilə yaxından əməkdaşlıq etdiklərini və 2 il öncə anlaşma memerandumu imzaladıqlarını bildirib.

Şura sədri USAD-lə münasibətlərin daha gücləndirilməsi üçün QHT-lərin regional resurs mərkəzlərinin sayının artırılması və maddi-texniki bazasının inkişaf etdirilməsi, QHT televiziyasının yaradılması və Şura daxilində araşdırma mərkəzinin qurulmasının faydalı ola biləcəyini bildirib.

Qonaqlar Şura ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək birgə müsabiqələrin keçirilməsinin mümkünlüyünü söyləyiblər.

Görüşdə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.


Müəllif: