6 Oktyabr 2016 12:27
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də Özbəkistana səfər edərək özbək həmkarı ilə geniş fikir mübadiləsi aparıb. Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra bu ölkədə prezident seçkisi keçirilməyib. Bu baxımdan Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda hansı dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Zakir Həsənovun bu ölkəyə səfəri nə dərəcədə əhəmiyyətlidir? Bu sualın cavabı birmənalıdır; səfərin məhz indiki məqamda reallaşması əhəmiyyətlidir”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, İ.Kərimov Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini birmənalı müdafiə edir və buna görə Ermənistanda səfirlik açmamışdı: “Özbəkistan keçmiş sovet respublikaları arasında Ermənistanda səfirliyi olmayan tək ölkədir. Bu, İslam Kərimovun Azərbaycanın həssas mövzusuna verdiyi dəyər idi. İndi bizim üçün vacibdir ki, Özbəkistanın yeni prezidenti də (böyük ehtimalla bu, baş nazir Şavkat Mirziyayev olacaq) Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin”.

Politoloqun sözlərinə görə, təsadüfi deyil ki, Zakir Həsənov Daşkənddəki çıxışlarında iki xalq arasında çoxəsrlik dostluq ənənələrini vurğulamaqla yanaşı Ermənistanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycan torpaqlarını işğalda saxladığını və bunun bölgənin təhlükəsizliyi üçün təhdid olduğunu xatırladıb: “Hər halda bu xatırlatmanı Özbəkistanın yeni rəhbərliyi diqqətə alacaq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər