21 Oktyabr 2016 13:25
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyev yenidən 18 oktyabr 1991-ci ildə qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktına qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rəsul Quliyev fikirlərini sosial şəbəkədə yazıb. O, bəyan edib ki, Azərbaycan 1918-ci ildə olduğu kimi 1991-ci ildə də keçmiş SSRİ-də müstəqilliyini ən sonda elan edən respublika olub. O, iddia edib ki, Azərbaycan bu addımı məcburiyyət qarşısında atıb.

R.Quliyev daha sonra xatırladıb ki, həmin dövrdə Azərbaycan rəhbərliyi müstəqilliyi elan etməzdən iki ay öncə Moskvada yaradılan QKÇP-ni dəstəkləyib: “Bundan əvvəl isə həmin rəhbərlik referendum keçirərək Sovet İttifaqının tərkibində qalmaq istəyinə 80 faiz səslə “hə” demişdi.

Eks-spiker iddia edib ki, 1918-ci ildə müstəqillik almaqda Azərbaycanın rolu az olduğu kimi, 1991-ci ildə ondan da az olub: “Avqust puçtundan sonra sovetlər dağılmışdı və soveti istəyən respublikalar da azad edilmişdi. Mənim fikirimcə, hamıdan sonra məcburi müstəqillik qəbul etməkdənsə, 1918-ci il 28 may müstəqillik aktı qüvvəyə minməli idi. Hüquqi olaraq Azərbaycanın müstəilliyi 1918-ci ildən sonra heç vaxt əlindən alınmayıb. Faktiki müstəqil deyildi. Hüquqi müstəqilliyin olduğu halda yenidən müstəqillik aktı qəbul etmək gülüncdür və həm də əslində müstəqillik tariximizi təhrif etməkdir. Mənim fikirimcə, SSRİ-nin tərkibindən çıxmaq aktı qəbul etmək və ya ora daxil olmaq sənədini denonsasiya etmək qərarı qəbul edilməliydi və 28 may 1918-ci il bir dəfə və həmişəlik Azərbaycanın müstəqillik günü elan olunmalı idi”.

Məlumat üçün qeyd edək ki, eks-spiker Rəsul Quliyev 1991-ci ildə müstəqillik haqda Konstitusiya Aktı layihəsi səsə qoyularkən bitərəf qalıb.

CAVAD


Müəllif:

Oxşar xəbərlər