3 Noyabr 2016 13:17
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib. Bu barədə “Report”a "Azpromo"dan məlumat verilib.

Tədbirdə sənayenin müxtəlif sahələri, neft-qaz, inşaat, mühəndislik xidmətləri, məişət avadanlıqları, maşınqayırma, turizm, ticarət və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
"Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Yaponiya ilə əməkdaşlığın əhəmiyyətindən danışan Y.Abdullayev iş adamlarını daha aktiv fəaliyyətə dəvət edib.

Yaponiya Xarici Ticarət İnkişafı Təşkilatının (JETRO) İstanbul nümayəndəliyinin baş icraçı direktoru Yasuyuki Murahaşi Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb.
Sonra "Azpromo"nun əməkdaşı Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib. Tədbir iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin müzakirəsi və ikitərəfli görüşlərlə davam edib.


Müəllif:

Oxşar xəbərlər