Türkiyənin Silahlı Qüvvələr Baş qərərgah rəisi Hulusi Akar NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı erməniləri biabr etdi. Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Hulusi Akar erməni nümayəndə heyətinin rəhbərini əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı: “Erməni deputatı Hulusi Akara yersiz suallar verdi ki, İraqı siz tutmusunuz, İŞİD-ə dəstək verirsiniz və s. Hulusi Akar da çıxışında bu məsələlərin hamısına aydınlıq gətirdi və bildirdi ki, əgər bir nəfər sübut edə bilsə ki, biz İraqda nə iləsə məşğul olmuşuq mən istefa verməyə hazıram və erməni deputatını əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı”.
S.Novruzov əlavə edib ki, Hulusi Akarın erməni deputatına dediyi sözləri zalda ayağa qalxıb alqışladılar: “Bütün zal alqışladı ki, ermənilər siz mənəviyyatsızsınız, əxlaqsızsınız”.