1 Fevral 2017 14:10
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda bank sistemində hərc-mərclik hökm sürür. Biz büdcəni qəbul edəndə Moody’s Azərbaycanın kredit reytinqini aşağı saldı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Araz Əlizadə bildirib.

A.Əlizadə deyib ki, ölkə Prezidenti banklarla bağlı problemlərin aradan qaldırılması üçün əlindən gələni edir: “Prezident əlindən gələni edir ki, insanların rifahı artsın. Ancaq Mərkəzi Bank və kommersiya bankları daha çox istəyir ki, əhaliyə əziyyət verib pul qazansınlar. Mən bu iclas zalında təklif etmişdim ki, banklarla bağlı xüsusi iclas keçirək. Çox təəssüf ki, bu mümkün olmadı”.

Nemət


Müəllif:

Oxşar xəbərlər