10 Fevral 2017 00:54
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani bu gün Tehranda akreditə olunmuş xarici ölkə səfirləri qarşısında çıxışı zamanı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna toxunub.

Virtualaz.org İran prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Həsən Ruhani Tehranın vaxtilə Qarabağda atəşkəsin əldə edilməsi üçün səylər göstərdiyini deyib. “O vaxtlar ki, İranın şimal sərhədləri yaxınlığında, Qarabağın yüksəliklərində Azərbaycanla Ermənistan arasında toqquşmalar baş verirdi, Tehran atəşkin dayandırılması və regionda sülhün yaranması üçün hər iki cəbhədə iştirakını təmin etmişdi”,- Həsən Ruhani bildirib.

Qeyd edək ki, İranın Qarabağda atəşkəsin əldə edilməsində rolu həlledici olmayıb. Doğrudur, 1992-ci ildə Tehranda prezident Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov arasında atəşkəsə dair razılaşma imzalanıb. Lakin elə həmin gün erməni qüvvələri hücuma keçərək Şuşanı işğal etmişdi və nəticədə Tehranın münaqişədəki vasitəçilik roluna sarsıdıcı zərbə vurulmuşdu. Sonralar İran Ermənistanla Azərbaycan arasında vasitəçilik misiyasını üzərinə götürməyə hazır olduğu haqda dəfələrlə tərəflərə öz təkliflərini çatdırıb, ancaq həmin təşəbbüslər həmişə tərəddüdlə qarşılanıb.

Bununla belə İranın münaqişədəki rolu haqda danışarkən onun hərbi əməliyyatların Ermənistan üçün kritik dərəcədə ağır günlərində İrəvana təchizat dəstəyini yada salmaq olardı. Hansı ki, Ermənistan rəhbərliyi həmin ağır günlərdə İranın verdiyi bu dəstəyi həmişə minnətdarlıqla xatırlayır...


Müəllif:

Oxşar xəbərlər