14 Fevral 2017 20:39
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən blogger Aleksandr Lapşin burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çıxışlar edib”.

Teleqraf.com xəbər verir ki, bunu AŞ PA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, A.Lapşin ölkə qanunvericiliyini kobud şəkildə pozub. Onun sözlərinə görə, Lapşinin ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir: “Dövlət başçısının qətiyyətli siyasi iradəsi öz nəticəsini verdi və bir daha bəlli oldu ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərə adekvat cavablar veriləcək, ölkəmiz bütün məsələlərdə öz milli mənafeyini əsas tutacaq. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın dövlət maraqlarının, milli mənafelərinin reallaşdırılmasında öz əksini tapır. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir. Bu hadisə, həmçinin işğalçı Ermənistana, erməni diasporuna və lobbisinə ciddi zərbə oldu”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər