30 Mart 2017 17:53
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şura ilə Müsavat arasındakı münasibətləri sıfır kimi qiymətləndirmək olar. Milli Şuranın təşkil etdiyi mitinq partiyamızda müzakirə olunmayıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah təmsil etdiyi partiyanın Milli Şuranın aprelin 9-na təyin etdiyi mitinqə qatılıb-qatılmayacağına münasibət bildirərkən deyib.

E.Fəttahın sözlərinə görə, partiyanın növbəti Divanı aprelin 9-dan sonraya düşdüyündən partiya adından münasibət bildirə bilməz: “Şəxsən özümün də gündəmimdə Milli Şuranın mitinq mövzusu yoxdur”.

O, Müsavat Partiyasının Milli Şuranın mitinqinə qoşulmaq-qoşulmamaqla bağlı hər hansı çağırışının olmadığını deyib.

Müsavatla AXCP arasında bir müddət öncə aparılan danışıqlara gəlincə, Elman Fəttah vurğulayıb ki, bu təmaslar nəticəsiz olub: “Müsavatın gündəmində AXCP ilə yenidən danışıqlar məsələsi mövzusu yoxdur. Proseslər ictimaiyyətə məlumdur. Müsavat Partiyası hər zaman müxalifətdaxili münasibətlərin yaxşılaşdırılması və inkişafının tərəfdarı olub. Təəssüf ki, buna cavab almaq mümkün olmur. Qarşımıza qoyduğumuz prioritet mübarizəni müxalifətin daxilindən çıxarıb hakimiyyətə qarşı yönəltmək olub. Amma işin subyekti olan tərəflər müsbət cavab vermədiyi üçün bu, dayandırılmış prosesdir. Bu məsələlərin müzakirəsini də bütövlükdə müxalifətdaxili münasibətlər üçün zərərli hal hesab edirik. O baxımdan Müsavat Partiyasının istər AXCP, istərsə də Milli Şura mövzusunda münasibəti sıfır şəklindədir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər