Qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən "99-XU-438" dövlət qeydiyyat nişanlı "London taksisi"nin sürücüsü səbəb olub.
Nəticədə yüksək sürətlə gələn "10-NA-016" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Mercedes" bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər - 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bundan əllavə, "London taksisi"nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır. (report.az)