Teleqraf.com həmin hadisələrin ən dəhşətlilərini təqdim edir:
1. 2001-ci ilfə "Amerikan Airlayns" şirkətinə məxsus təyyarə Nyu York aeroportundan qalxan zaman hava burulğanına düşüb. Pilotlar təyyarəni idarə etməkdə çətinlik çəkib. Hadisə zamanı təyyarədə olan 260 nəfər həlak olub.
2. 2010-cu ildə Rusiyada Vyetnam şirkətinə məxsus təyyarə oxşar hadisə ilə üzləşib. Xanoyadan Parisə uçan təyyarədə hadisə zamanı 30 nəfər xəsarət alıb.
3. 2015-ci ildə "Amerikan Airlayns" şirkətinə məxsus daha bir təyyarə Qrenadadan Mayamiyə uçarkən hava boşluğuna düşüb. Hadisə nəticəsində 5 nəfər yaralanıb.
4. 2015-ci ildə "Etihad" aviaşirkətinə məxsus təyyarə Cakartadan Əbu-Dabiyə uçarkən hava burulğanına düşüb. Olay zamanı 30 nəfər yaralanıb.
5. 2016-cı ildə "FlayDubay" şirkətinə məxsus təyyarə Rostov Donda qəzaya uğrayıb. Hadisə zamanı 62 nəfər həlak olub.
Samir