3 May 2017 22:11
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Valideynləri Kənan Abutalıbovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər