Teleqraf.com xəbər verir ki, məlumat Avropa Komissiyasının saytında yerləşdirilib.
Yeni siyahıya 17 ölkədən 181 aviaşirkət daxil edilib. Bu şirkətlərə qadağa uçuş zamanı təhlükəsizliyin kifayət qədər olmamasına görə qoyulub.
Siyahıya daxil olan ölkələr bunlardır: Ukrayna, Əfqanıstan, Anqola, Konqo Respublikası, Demokratik Konqo Respublikası, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Qabon, İndoneziya, Qırğızıstan, Liviya, Liberiya, Nepal, San-Tome və Prinsipi, Syerra-Leon və Sudan.
Benin və Mozambik şirkətlərinin adları bu il siyahıdan çıxarılıb.
Samir