24 May 2017 09:52
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə taxıl idxalı ilə bağlı Rusiyaya yeni məhdudiyyətlər tətbiq edib. Teleqraf.com xəbər verir ki, bununla bağlı "Vedemosti" qəzeti məlumat yayıb.

Məhdudiyyətə əsasən, idxala icazə verilmiş məhsulun 20-25 faizi Rusiyaya göndərilə bilər. Rusiya Kənd Təsərrüfatı Nazirliyindən məsələ ilə bağlı Türkiyə tərəfindən heç bir rəsmi məlumatın daxil olmadığı bildirilib.

Qəzetin xəbərində qeyd edilir ki, Türkiyə martın 15-dən etibarən Rusiyaya taxıl idxalı ilə bağlı lisenziya verilməsini dayandırıb.


Müəllif: Samir

Oxşar xəbərlər