25 May 2017 14:32
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada keçirilən etiraz aksiyaları zamanı toqquşmalar baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son günlər baş verən insidentlər zamanı 55 nəfər həlak olub, 1000 nəfər yaralanıb.

Bununla bağlı Venesuela prokurorluğu məlumat yayıb. Ölən və xəsarət alanlar arasında polislər də var.

Yerli KİV-in məlumatına görə, bu gün səhər saatlarında 23 yaşlı Adrian Xose Duke Bravo aksiya zamanı özünü yandırıb. Bununla da ölü sayı 56-ya çatıb.

Qeyd edək ki, Venesuelada müxalifətin aksiyaları aprelin 4-dən başlayıb. Paytaxt Karakas da daxil olmaqla, aksiyalarda on minlərlə insan iştirak edib. Etirazçılar hökumətin istefasını, növbədənkənar seçkinin keçirilməsini istəyirlər. Bu vaxta qədər 600 etirazçının həbs edildiyi, polislə toqquşmada 223 nəfərin xəsarət aldığı bildirilir.

Venesuelada iqtisadi böhran artmağa başlayıb. Ölkədə inflyasiyanın səviyyəsi 4 dəfə artıb.

Parlamentdə üstünlüyə sahib olan müxalifət Prezident Nikolas Maduronun təcili istefasını tələb edir. Maduro isə müxalifəti bu çağırışını “Amerikanın əməli” adlandırır.


Müəllif: Samir

Oxşar xəbərlər