Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, təlimə təxminən 200 hərbçi və 10-dan çox hərbi texnika cəlb edilib.
Təlimlər Xəzər Donanma Qərargahının rəisi kontr-admiral Nikolay Yakubovskinin rəhbərliyi altında keçirilib.
Təlimin gedişatında terror təşkilatlarının hərbi obyektlərə hücumlarının qarşısının alınması, əks-hücum, eləcə də yaralanmış hərbçilərə ilkin tibbi yardım, ərazidən partlayıcı qurğunun təmizlənməsi prosesi məşq edilib.