13 İyun 2017 16:15
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kipr Yunan Respublikasında yerləşən İngiltərə hərbi bazasına hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı naməlum şəxs bazaya partlayıcı maddə atıb.

Məlumatlara görə, cinayətkar motosikletlə hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı bir zabitin yaralandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanıb.


Müəllif: Samir