Biləsuvar Gömrük İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda, təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub.
Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.