9 İyul 2017 14:57
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Pensilvaniya ştatında bəyi toy günü həbs ediblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı bəy toy günü 15 yaşlı qızla cinsi münasibətdə olub. Bəy yeniyetmənin yanına gedərək onu spirtli içki içməyə məcbur edib. Daha sonra qızı nikahın olduğu hotelə çağırıb və onunla cinsi əlaqəyə girib.

Polislər bəyi həbs edib. O ifadəsində bildirib ki, qız ona çılpaq şəkillər göndərib. Yeniyetmənin müayinəsi zamanı isə məlum olub ki, ona cinsi yolla keçən xəstəlik keçib. Məhkəmə önünə çıxarılan bəy 11 ay həbs cəzası alıb. Əgər 5 il ərzində eyni hadisəni ikinci dəfə təkrarlasa, 23 ay müddətinə həbs ediləcək.


Müəllif: İlhamə

Oxşar xəbərlər