11 İyul 2017 11:17
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı tərəflərdən birinin, yəni “Niva” markalı avtomobili idarə edən Mahir Ağayevin müğənni Manaf Ağayevlə qohum olduğu iddia edilir.

Tanınmış müğənni Manaf Ağayev Teleqraf.com-a açıqlaması zamanı bu xəbəri təkzib edib:

“Bu yanlış məlumatdır. “Niva”nı sürən mənim qohumum deyil. Bizim ümumiyyətlə Mahir adlı qohumumuz yoxdur!”

Qeyd edək ki, dünən Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi "Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam edir.


Müəllif: Könül Əlibəyli