11 İyul 2017 14:10
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trabzonda E.D adlı kişi başqa bir qadınla öpüşərkən arvadı Z.D tərəfindən yaxalanıb. Maraqlıdır ki, qadın avtomobilin baqajında 7 saat gizlənib və ərini xəyanət başında yaxalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Z.D ona xəyanət edən ərinə telefon ataraq, onu yaralayıb. Cavabında isə əri tərəfindən döyülüb.

Trabzon Əsliyə Cəza Məhkəməsində ər və arvada pul cəzası kəsilib. Z.D-yə yaralama maddəsi ilə 1500 türk lirəsi, arvadını döyən E.D-yə isə 3 min türk lirəsi həcmində pul cəzası verilib.

Tərəflərin bir-birindən şikayətçi olması səbəbi ilə açılan iddiada hakim kəsilən pul cəzasını 5 il müddətinə təxirə salıb. Əgər 5 il ərzində yenə eyni hallar təkrarlansa, bu cəza qüvvəyə minəcək.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər